Ru
22:16 / 28 Oktyabr 2026

Məktəbdə həyatını itirən şagirdlə bağlı yeni DETALLAR

Məktəbdə həyatını itirən şagirdlə bağlı yeni  DETALLAR
Eye

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub.


"Bakupost" Oxu.az-a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib.

Belə ki, 2023-cü il avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci kilometrində hərəkətdə olan qatar Salyan rayonunun Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Səadət Azadxan qızı Dadaşovanı vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar