Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər.
"Bakupost" xəbər verir ki, bunu Modern.az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzrə qiymət artımının proqnozları da nəzərə alınacaq.
A.Hüseynov qeyd edib ki, minimum əməkhaqqının artırılması digər əməkhaqlarına da təsir göstərir.
"Belə ki, minimum əməkhaqqının dəyişməsi vahid tarif cədvəli üzrə maaşların yenidən müəyyənləşdirilməsi üçün əsas yaradır", - o deyib.
Deputatın həmçinin əməkhaqlarındakı artımların pensiya və sosial müavinətlərin məbləğlərinə də təsir göstərəcəyini də qeyd edib.
Xatırladaq ki, Azərbaycanda minimum aylıq əməkhaqqı 2025-ci il yanvarın 1-dən etibarən 400 manat müəyyən edilib.