Ru
19:34 / 28 Oktyabr 2026

Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı

Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
Eye

“Böyük Britaniya Ukraynaya əlavə 10 milyard funt-sterlinq (22.6 milyard AZN) dəyərində maliyyə yardımı ayıracaq”​.

“Bakupost” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Endi Börnhem ilə telefon danışığının yekunlarına dair özünün “Telegram” kanalında paylaşıb.

Ukrayna lideri bu paketin Londonun Kiyevə göstərdiyi mövcud dəstəyə əlavə olaraq ayrıldığını vurğulayıb:

“Bu gün ümumilikdə 10 milyard funt-sterlinqlik əlavə maliyyə dəstəyi barədə güclü Britaniya qərarı var: növbəti üç il üçün 7 milyard funt iqtisadi dəstək, daha 3 milyard funt-sterlinq isə əsasən, vacib silahların tədarükü üçün Britaniyanın ixrac dəstəyidir”.

Zelenski, həmçinin Börnhem ilə sanksiya siyasətini müzakirə etdiyini və Londonun bu məsələdə prinsipial mövqeyini davam etdirəcəyinə söz verdiyini bildirib.

Qeyd edək ki, oktyabrda “Politico” qəzeti Avropa İttifaqının Ukraynanın 70 milyard avroluq büdcə kəsirini azaltmaq üçün Kanada və Böyük Britaniyanı köməyi artırmağa inandırmağa çalışdığını yazmışdı.

Oktyabrın 27-də isə “Financial Times” nəşri Avropa Komissiyasının proqnozuna istinadla məlumat yaymışdı ki, Aİ-yə daxil olmayan müttəfiqlər 2026-cı ildə Kiyevə yardım üçün nəzərdə tutulduğundan 5 dəfə az vəsait vəd ediblər. Əlavə olaraq, oktyabrın 26-da “Politico” Avropa Komissiyasının 2026-cı ilin sonunadək Ukraynaya 45 milyard avro əlavə maliyyə ayrılması üzrə razılığa gəlmək istədiyini bildirmişdi.

Xatırladaq ki, bundan əvvəl Niderland da Kiyevə 1 milyard avroluq hərbi olmayan kömək paketi göndərmək qərarına gəlib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar