Ru
18:51 / 28 Oktyabr 2026

"Qarabağ" fanatları skamyaları sındırdı: AFFA-dan qərar

"Qarabağ" fanatları skamyaları sındırdı: AFFA-dan qərar
Eye

Misli Premyer Liqasının IX turunun "Sabah" – "Qarabağ" matçında baş verən qayda pozuntularına görə Ağdam klubu cəzalandırılıb.


"Bakupost" xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Oyun zamanı "Qarabağ" azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığı üçün "Qarabağ" klubu 6 000 manat cərimə olunub.

Bundan başqa, görüş zamanı "Qarabağ" fanatları stadionda 27 ədəd skamya sındırıblar. Bu səbəbdən stadiona dəymiş zərərin Ağdam təmsilçisi tərəfindən qarşılanması haqqında qərar çıxarılıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar