"TRIPP layihəsi çərçivəsində neft-qaz kəmərlərinin mütləq Mehri bölgəsindən keçməsi nəzərdə tutulmur”.
"Bakupost" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, dəmir yolu sovet dövründə olduğu kimi həmin ərazidən keçəcək, amma neft-qaz kəmərləri tamamilə başqa marşrutla, o cümlədən Tavuş və ya Geqarkunik vilayətlərindən çəkilə bilər.