Ru
17:23 / 28 Oktyabr 2026

Netanyahu ərəb partiyaları ilə koalisiyaya gedəcəkmi? – 61 səs tapmacası

Netanyahu ərəb partiyaları ilə koalisiyaya gedəcəkmi?  – 61 səs tapmacası
Eye

İsraildə keçirilən 2026-cı il parlament seçkilərində bülletenlərin sayılması davam edir.

“Bakupost” xəbər verir ki, bülletenlərin 76.8 faizinin sayılmasından sonra Netanyahu Bloku 54, Ayzenkot Bloku 47, ərəb partiyaları isə 19 yer əldə edib.

Göründüyü kimi, əksər gözləntilərin əksinə olaraq Netanyahu bloku yenə də seçki marafonunu lider qismində tamamlamaq əzmindədir.

Amma əvvəlki illərdən fərqli olaraq onun yalnız yaxın mövqedə olan qüvvələrlə birləşməklə koalision hökumət qurması ehtimalı demək olar ki, sıfır səviyyəsindədir. Çünki bunun üçün 120 deputatlıq İsrail Knessetində ən azı 61 səsə malik olmaz lazımdır.
Bu isə onu göstərir ki, Netanyahu hökuməti saxlamaq üçün başqa qüvvələri də öz tərəfinə çəkməli olacaq. Həmin qüvvələr isə 19 yerə sahib olan ərəb partiyalardır.

Netanyahunun ərəb partiyaları ilə koalisiyaya girməsi nə dərəcədə realdır?

Siyasi şərhçi Azər Qasımov “Bakupost”a bildirib ki, İsraildə baş tutan seçkilərdə Netanyahunun partiyası açıq qalib gəlməsə də, koalisiya olaraq irəlidədir:

“Hökuməti təşkil etmək üçün tələb olunan 61 səs məsələsini isə ərəb partiyalarından dəstək almaqla təmin etmək mümkün variantdır. Yəni Netanyahu hakimiyyətini saxlamaq üçün ərəb partiyaları ilə də razılığa gələ bilər. Mövcud vəziyyətdə belə bir ehtimalın baş tutması istisna deyil”.

Ekspertin sözlərinə görə, region və dünyada gərginliyin artdığı bir dövrdə İsrailin taleyi həll olunduğu zamanda Netanyahudan başqa kimsənin hakimiyyətə gəlməsi mümkün olan məsələ deyil:

“Ərəb partiyalarının liderlərinin İsrailin siyasətindən kənar seçilməsini düşünmək sadəlövhlük olardı. Hesab edirəm ki, Netanyahunun ərəbləri də tərkibinə qatmaqla və yaxud onların kənardan dəstəyini əldə etməklə yenidən öz kabinetini formalaşdıracağı mütləqdir. Əks halda seçkilərin təkrar keçirilməli ola bilər ki, burda Netanyahunun qələbə çalacağı mütləq olar”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar