Ru
16:27 / 28 Oktyabr 2026

Millət vəkili masallılı təhsil xadimini ziyarət etdi

Millət vəkili masallılı təhsil xadimini ziyarət etdi
Eye

Milli Məclisin deputatı, professor Fəzail İbrahimli Masallıda uzun illər rayon təhsil şöbəsinə rəhbərlik etmiş ağsaqqal ziyalı Ədalət Əlövsət oğlu Nemətovu səhhətində yaranmış problemlə bağlı ziyarət edib.

“Bakupost” xəbər verir ki, millət vəkili Ə.Nemətovun səhhəti və hazırkı vəziyyəti ilə maraqlanıb.

Ziyarət əsnasında Ə.Nemətovun uzun illər ərzində həyata keçirdiyi pedaqoji və rəhbərlik fəaliyyəti, Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, millət vəkili ağsaqqal ziyalının hazırkı ehtiyacları ilə maraqlanaraq, ona diqqət və qayğısını ifadə edib.

Millət vəkili ziyalımıza möhkəm can sağlığı, tezliklə şəfa tapmasını, ruh yüksəkliyi və uzun ömür arzulayıb. Onun zəngin həyat və fəaliyyət yolunun, təhsil sahəsindəki xidmətlərinin daim hörmətlə xatırlandığını vurğulayıb.

Millət vəkili masallılı təhsil xadimini ziyarət etdi
Millət vəkili masallılı təhsil xadimini ziyarət etdi
Millət vəkili masallılı təhsil xadimini ziyarət etdi
Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar