Ru
15:29 / 28 Oktyabr 2026

“Əmək Məcəlləsi”ndə nələr dəyişəcək?

“Əmək Məcəlləsi”ndə nələr dəyişəcək?
Eye

Milli Məclisin növbəti iclasında Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə üçüncü oxunuşda baxılması gözlənilir.

Görəsən, “Əmək Məcəlləsi”ndə konkret hansı dəyişikliklərə ehtiyac var?

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib Məmmədov “Bakupost”a bildirib ki, bu günə qədər “Əmək Məcəlləsi”nə kifayət qədər dəyişikliklər edilib:

“Ötən müddətdə bu istiqamətdə 400-500 arası dəyişiklik edilib. Yəni əvvəlki 1999-cu il mətni ilə müqayisədə çoxsaylı dəyişikliklər olub”.

Müsahibimiz “Əmək Məcəlləsi”nə dəyişikliklər edilməsini deyil, ümumiyyətlə yeni bir məcəllənin qəbul edilməsini daha məqbul hesab edir:

“İndiki halda mövcud məcəlləyə dəyişikliklərə ehtiyac yoxdur. Əvəzində müasir dövrün tələblərinə cavab verən yeni “Əmək Məcəlləsi” hazırlanmalıdır. Çünki son post-sosializm dövrünün münasibətlərini əks etdirən bir məcəllədir. Ona isə nə qədər dəyişiklik etsən, daha çox boşluq və ziddiyyətlər əmələ gəlir. İndiki məcəllə funksional deyil, ona dəyişiklik etməklə boşluq və ziddiyyətləri aradan qaldırmaq mümkün olmayacaq. Yeni “Əmək Məcəlləsi” isə vahid əmək münasibətlərini tənzimləyən bir məcəllə olmalıdır. Amma yeni qəbul edilən Dövlət Qulluğu Haqqında Məcəllədə əmək münasibətləri yenə də ayrı olaraq tənzimlənir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar