İspaniyanın Kastiliya-La-Mança muxtar vilayətinin mərkəzi Toledoda Urda stansiyası yaxınlığında iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb.
"Bakupost" xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.
Ən azı 4 vaqonun aşdığı qəzada yaralıların sayı 180-ə yaxındır.
Qeyd olunub ki, qəzaya uğrayan qatarlarda ümumilikdə 544 sərnişin olub.