Ru
16:24 / 28 İyul 2026

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…
Eye

İranın Kəşfiyyat Nazirliyi Azərbaycanın dövlət televiziya kanalını da daxil etdiyi “düşmən media qurumları” ilə bağlı siyahısını iyulun 23-ə yayımlayıb. Yəni AzTV ilə istənilən formada əməkdaşlıq edən, məlumat, foto, video və ya digər materiallar göndərən İran vətəndaşları “casusluğa və sionist rejimlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi haqqında qanun”un 4-cü maddəsi çərçivəsində cinayət məsuliyyətinə cəlb olunacaqlar.

"Bakupost" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Siyahıda Güney Azərbaycan Televiziyası da var və İran vətəndaşları əsasən Günaz TV-yə şəkil və video göndərir, şərhlər verirlər. Buna baxmayaraq, İranın Kəşfiyyat Nazirliyi AzTV-ni siyahıya məhz ona görə əlavə edib ki, bu, Azərbaycan dövləti əleyhinə atılmış addım kimi qiymətləndirilsin.

Bu qərardan bir neçə gün sonra Ərdəbildə "Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü" və "Ərdəbil Həftəsi" keçirilib və həmin tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak ediblər. Halbuki İranın Kəşfiyyat Nazirliyi Azərbaycan əleyhinə qərarı yayımladıqdan sonra səfər təxirə salına bilərdi. Tədbirlər zamanı onlara “Səhər” kanalının mikrofonları uzadılıb və təmsilçilərimiz tədbir, o cümlədən iki ölkə arasındakı münasibətlər barədə fikirlərini bildiriblər.

Tutaq ki, oxşar mədəniyyət tədbiri Bakıda keçirilir və həmin tədbirə İran rəsmiləri, elm adamları və millət vəkilləri dəvət olunurlar. Həmin şəxslər də onlara uzanan AzTV mikrofonlarına fikirlərini bildirir, şərh verirlər. Maraqlıdır, həmin şəxslər ölkələrinə qayıtdıqdan sonra İranın Kəşfiyyat Nazirliyi onlara qarşı cinayət işi açarmı?”, - politoloq vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar