Ru
14:40 / 28 İyul 2026

Yüksək gediş haqqı ilə eksperes marşurut: Bakıda yenilik

Yüksək gediş haqqı ilə eksperes marşurut:  Bakıda yenilik
Eye

Paytaxt Bakıda yeni ekspres marşurut fəaliyyətə başlayacaq. Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Bakının Qaradağ rayonunun Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrut fəaliyyətə başlayır.

"Bakupost" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

"Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı isə "Bakı Bus" MMC-dir.

Bildirilir ki, bu marşurutda gediş haqqı 1,5 manat olacaq.

Görəsən gediş haqqının yüksək olması fonunda bu addım özünü doğruldacaqmı?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bakupost.az-a bildirib ki, 195E ekspres marşrutu üzrə gediş haqqının 1,5 manat müəyyən edilməsi ilk baxışdan şəhərdaxili adi marşrutlarla müqayisədə yüksək görünə bilər:

“Lakin burada nəzərə alınmalı əsas məqam ondan ibarətdir ki, bu xətt ekspres marşrut kimi təşkil olunub. Yəni avtobus daha az dayanacaqda dayanır, daha qısa vaxtda mənzil başına çatır və uzun məsafəni qət edir”.

Müsahibimiz deyir ki, bu tip marşrutlarda xidmətin sürəti və rahatlığı qiymətə təsir edən əsas amillərdən hesab olunur.

Bu tarifin özünü doğruldub-doğrultmayacağı isə mərkəz sədrinin sözlərinə görə, ilk növbədə sərnişin tələbatından asılı olacaq:

“Əgər Ələtdən Bakının mərkəzinə gündəlik gedib-gələn insanlar üçün bu marşrut vaxta əhəmiyyətli qənaət təmin edərsə, daha rahat və etibarlı xidmət göstərərsə, müəyyən sərnişin qrupu 1,5 manat ödəməyə razı olacaq. Xüsusilə işə və ya təhsilə gedən şəxslər üçün vaxt amili bəzən qiymətdən daha vacib olur.

Digər tərəfdən, əgər eyni istiqamətdə daha ucuz alternativ marşrutlar mövcuddursa və onların hərəkət intervalı, rahatlığı qənaətbəxşdirsə, sərnişinlərin bir hissəsi əlavə ödəniş etmək istəməyə bilər. Bu halda ekspres marşrutdan əsasən sürətə üstünlük verən sərnişinlər istifadə edəcəklər”.

Əgər həmin istiqamətdə alternativ ictimai nəqliyyat imkanları məhduddursa və ya birbaşa əlaqə yoxdursa, 195E marşrutu faktiki olaraq əsas seçimə çevrilə bilər. Belə vəziyyətdə tarifin nisbətən yüksək olması sərnişin axınına ciddi təsir etməyəcək”.

Bununla belə, ekspert qeyd edir ki, rəqabətin zəif olduğu marşrutlarda qiymət siyasətinin sosial aspektləri də nəzərə alınmalıdır:

“Çünki ictimai nəqliyyatın əsas məqsədi yalnız xidmət göstərmək deyil, həm də əhalinin əlçatan və münasib qiymətlə daşınmasını təmin etməkdir.

Yekun olaraq demək olar ki, 1,5 manatlıq gediş haqqının uğurlu olub-olmayacağını zaman göstərəcək. Əgər ekspres marşrut həqiqətən də vaxta qənaət, rahatlıq və etibarlılıq təmin edərsə, sərnişin tələbatı formalaşa bilər. Əks halda isə qiymətin yüksək olması bəzi sərnişinlərin daha ucuz alternativlərə üstünlük verməsinə səbəb olacaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar