Ru
05:04 / 09 Noyabr 2026

Bakıda güclü külək və yağış – Temperatur 9 dərəcəyə düşdü

Eye

Bakıda hava şəraiti kəskinləşib. Paytaxtda güclü külək əsir, yağış yağır.

“Bakupost” xəbər verir ki, noyabrın 9-u saat 05:00-a olan məlumata əsasən, Bakıda havanın temperaturu 9 dərəcə təşkil edir.

Küləyin sürəti arabir 65 km/saata çata bilər. Gün ərzində paytaxtda yağışlı və soyuq hava şəraitinin davam edəcəyi gözlənilir.

Proqnoza əsasən, səhər saatlarında yağıntıların intensivləşməsi ehtimalı yüksəkdir. Günortadan sonra yağışın fasilələrlə davam edəcəyi bildirilir.

Gün ərzində havanın temperaturunun 7–9 dərəcə arasında dəyişəcəyi gözlənilir.

Güclü külək səbəbindən sakinlərə ehtiyatlı olmaq, ağacların və zəif bərkidilmiş konstruksiyaların yaxınlığında dayanmamaq tövsiyə olunur.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar