Ru
02:32 / 09 Noyabr 2026

Hava kəskin DƏYİŞDİ: Bu bölgələrdə qarın qalınlığı 10 sm-a çatdı - FOTO

Hava kəskin DƏYİŞDİ:  Bu bölgələrdə qarın qalınlığı 10 sm-a çatdı - FOTO
Eye

Tovuz və Gədəbəy rayonlarının ucqar dağ kəndlərinə qar yağır.

"Bakupost" xəbər verir ki, bu gün səhər saatlarından etibarən Tovuz rayonunun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı, Saladınlı və ətraf yaşayış məntəqələrində qar yağması müşahidə olunur.

Rayonun dağ kəndlərində qar örtüyünün qalınlığı 10 santimetrə çatıb.

Yağıntı avtomobillərin hərəkətində və kəndlərin kommunal təsərrüfatında hər hansı problem yaratmayıb.

Gədəbəy rayonunun ucqar dağ kəndlərində də qar yağması davam edir. Yağıntının gecə saatlarınadək davam edəcəyi təqdirdə qar örtüyünün qalınlığının 15 santimetrə çatacağı gözlənilir.

Rayon ərazisində elektrik enerjisi, rabitə və təbii qaz təchizatında, eləcə də yol infrastrukturunda hər hansı problem qeydə alınmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar