Ru
23:20 / 08 Noyabr 2026

Ankarada Zəfər Günü: “Zəfər rəqsi” filmi nümayiş etdirildi - FOTO

Ankarada Zəfər Günü: “Zəfər rəqsi” filmi nümayiş etdirildi -  FOTO
Eye

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Tədris Ocağında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş açıq dərs təşkil edilib.

"Bakupost" xəbər verir ki, dərsdə Qarabağ Zəfərinin tarixi əhəmiyyəti, Azərbaycan xalqının milli yaddaşında yeri, Vətən müharibəsində qəhrəman Ordumuzun şücaəti və xalqımızın birliyi haqqında tələbələrə məlumat verilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov və Azərbaycan dili müəllimi Dr. Şəhla İbişova çıxış edərək tarixi Zəfərin milli iradəmizin, birliyimizin və Vətən sevgimizin təntənəsi olduğunu vurğulayıblar.

Tələbələrin də fəal iştirak etdiyi açıq dərs çərçivəsində Azərbaycan kinematoqrafçıları tərəfindən çəkilmiş “Zəfər rəqsi” qısametrajlı filmi nümayiş etdirilib. Film ətrafında fikir mübadiləsi aparılıb, tələbələr Zəfər Gününün onlar üçün yaratdığı təəssüratları bölüşüblər.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar