Ru
20:59 / 21 Yanvar 2026

Tramp açıqladı: Böyük buz parçasını buna görə istəyirik

Tramp açıqladı: Böyük buz parçasını buna görə istəyirik
Eye

Həm Qrenlandiya, həm də Danimarka xalqına böyük hörmətim var, amma hər bir NATO müttəfiqi öz ərazisini müdafiə edə bilmək məcburiyyətindədir.

Bakupost.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

O, ABŞ-nin Qrenlandiyada təhlükəsizliyi təmin etmək istəyən yeganə ölkə olduğunu bildirib: “Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik. Beləliklə, onların seçimi var. Siz "bəli" deyə bilərsiniz və biz çox minnətdar olacağıq, yaxud "yox" deyə bilərsiniz, biz bunu unutmayacağıq”, - deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti Qrenlandiyanı əldə etmək üçün gücdən istifadə etmək niyyətində olmadığını deyib:

"Ora bizim üçün strateji milli və beynəlxalq təhlükəsizlik baxımından zəruri ərazidir. Bu nəhəng, qorunmayan ada faktiki olaraq Şimali Amerikanın bir hissəsidir. Ora bizim ərazidir. Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçirilməsi məsələsinin müzakirəsinin bərpası üçün danışıqlara dərhal başlanılmasında israr edirəm".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar