Can Uzun görüşün 10-cu dəqiqəsində hesabda tarazlıq yaratdı: 1-1.
***
Matçın 4-cü dəqiqəsində "Qarabağ" Duranın qolu ilə hesabı açdı: 1-0.
***
20:50
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda üz-üzə gələcək "Qarabağ" və Almaniyanın "Ayntraxt" kollektivlərinin start heyətləri bəlli olub.
Bakupost.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina
"Ayntraxt": Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.