Ru
12:18 / 29 Dekabr 2025

Misir Mərdanovun yeni vəzifəsi – RƏSMİ

Misir Mərdanovun yeni vəzifəsi – RƏSMİ
Eye

Elm və Təhsil Nazirliyi yanında yeni yaradılmış Riyaziyyat İnstitutuna keçmiş təhsil naziri, fizika-riyaziyyat elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanovun rəhbərlik etməyəcəyi təsdiqlənib.

Bakupost.az xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq institutdan bildirilib.

Qeyd olunub ki, Riyaziyyat İnstitutuna hazırda texnika elmləri doktoru Elxan Səbziyev rəhbərlik edir. O, bu vəzifəni hələlik müvəqqəti yerinə yetirir.

M.Mərdanov isə həmin institutun elmi işçisidir.

"Vahid Riyaziyyat İnstitutunun yaradılması ilə bağlı təşəbbüs 2022-ci ildən irəli sürülüb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalasa da, yeni institutun formalaşması zaman alacaq. Riyaziyyat İnstitutuna texnika elmləri doktoru Elxan Səbziyev rəhbərlik edir. Misir Mərdanov isə hazırda institutda elmi fəaliyyətini davam etdirir".

Qeyd edək ki, texnika elmləri doktoru Elxan Səbziyev 1959-cu ildə anadan olub. Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika-riyaziyyat fakültəsini bitirib. Elm və Təhsil Nazirliyi yanında İdarəetmə Sistemləri İnstitutunun dosentidir. O, sözügedən institutda icraçı direktor vəzifəsini müvəqqəti icra edib.


Şərhlər
  • 1988

    Misir müəllim kimin g...nə paz soxub belə ona qarşı dil uzadırlar

  • Sahib

    Bəli, meydanı Misir m kimi gənclərə vermək lazımdır. Son vaxtlar o çox aktivdir, odur ki, ola bilər

  • Aydan Xəlil

    Allah o gunu bizə gostərməsin ki, Misir Mərdanov nəinki təhsil naziri, hər hansi bir təhsil muəssisəsinin rəhbəri olsun.

  • Elvin Tağızadə

    Yalan başlıq qoyursunuz,yazıda Misir Mərdanovun yeni vəzifəsi haqqın heç nə yazılmayıb

  • Kama Nur

    Misir Mərdanovu yenidən təhsil naziri görmək arzusundayam

  • Mansur Camal

    Misir Mərdanovun Xalq olaraq yenidən Təhsil Naziri olmasını gözləyirik.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar