Ru
22:34 / 03 Mart 2026

Ağ Ev “Epik qəzəb”in yeni görüntülərini paylaşdı - Video

Ağ Ev “Epik qəzəb”in yeni görüntülərini paylaşdı - Video
Eye

Ağ Ev İrana qarşı başladılan “Epik qəzəb” (“Operation Epic Fury”) hərbi əməliyyatının əsas strateji hədəflərini və əməliyyatdan olan yeni görüntüləri ictimaiyyətə açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə instaqramda paylaşım edilib.

Yayılan görüntülərdə əməliyyatın dörd əsas hədəfi maddələr şəklində sadalanıb.

Bildirilib ki, İranın raket potensialının sıradan çıxarılması, ölkənin Hərbi Dəniz Qüvvələrinin zərərsizləşdirilməsi, regionda sabitliyi pozan terrorçu qruplaşmaların neytrallaşdırılması və İranın nüvə silahına yiyələnməsinin qəti şəkildə qarşısının alınması əməliyyatın prioritet istiqamətləridir.

Xatırladaq ki, fevralın 28-dən etibarən davam edən “Epik qəzəb” əməliyyatı çərçivəsində ABŞ və İsrail İranın müdafiə sistemlərini və SEPAH-ın komanda-nəzarət mərkəzlərini vurmağa davam edir. Rəsmi Tehran isə cavab olaraq regiondakı beynəlxalq koalisiya bazalarına qarşı raket zərbələrini intensivləşdirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar