Hazırda “İdrak” liseyinin darvazaları bağlıdır, kənar şəxslər içəri buraxmırlar.
Bakupost.az xəbər verir ki, “Yeni Sabah”ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qapı polis nəzarəti ilə açılır və liseyin həyətinə yalnız valideynlər və şagirdləri götürməyə gələn yaxınları buraxılır.
Şagirdlər evə göndərilir.
İçəridən çıxan şagirdlərin əksəriyyəti hadisənin şokundadır. Onlar danışmaq istəmirlər. Valideynlər isə güllələnmənin necə və nəyə görə baş verdiyi barədə məlumatsız olduqlarını bildirirlər.
Şagirdlərdən biri isə deyib ki, Ə.Ş. hadisəni əvvəlcədən planlaşdırmışdı.
“Dünən liseydə dedi ki, hadisə olacaq. Bu gün də belə etdi. Dərs oxuyan uşaq idi, amma narazı idi”, – həmin şagird bildirib.
Övladı “İdrak”da təhsil alan valideyn Aqşin Abdullayev isə deyib ki, uşaqlarının durumuna görə narahatdırlar.
“Xəbər tutan kimi bura gəldim. Məktəbə girərkən ümumi yoxlama var, amma dəmir yoxlayan aparat yoxdur”, – o söyləyib.
Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Дыма без огня не бывает. Почему не спрашивают, почему он это сделал?
Səbəb nə imiş ki, məktəbli ağlını bu qədər itirib, qabaqcadan planlayıb. Bu müəllim nə edib ki, bu qədər nifrətə məruz qalıb.
İnsanları aldatmayın,heç kim uşaq deyil. Hər kəs ov tüfənginjn uzunluğunu və bunun çantaya sığmayacağını bilir.Sırf vəzifəli şəxsin övladıdır deyə ört-bastır edilməlidir? Cəzanın,qanunların,qaydaların imkanlı şəxslərə aidiyyatı yoxdur məgər? Əgər bu gün buna səssiz qalsanız,belə vəhşi,quduz uşaqları çox görəcəksiniz.15 yaşlı bəbə əlində oyuncaq silah oynatmaqdansa,"ov tüfəngi" (şüphəli) oynadır.Oraya nəzarət edən nəzarətçini də cəzalandırmaq lazımdlr.
Bu hadisə artığ ölkədə olan daxili sosial və siyasi idarəetmənin, hansı umumi psixoloji gərginliyin mövcud olduğunu göstərir... çünki rüşvət, korrupsiya və tayfabazlığ daha ağır fəsadlar törədə bilər.
Ov silahi 1 metr uzunlugu var onu nece gormemek olur ozunuzu gic yerine qoymusunuz ya camahati
Dəxli yoxdu nə silahdı..şagird müəllimə atəş açıb,gör dünyanın nə yeridi.versinlər qanuni cəzasını
Ğəlin birdəfəlik deyək ki, uşaq məktəbə qumbaraatan ğətirib. Bir hərbçi kimi deyirəm. Onu da bilin ki, ov tüfənği söküləndə onun uzunluğu 60 sm. olur, onu yığmaq cəmi 40, - 50 saniyeye mümkündür. Avtomtın söküləndə onun qundağını lülədən ayırmaq mümkün olmur. Sökülmüş avtomatın uzunluğu sökülmüş ov tüfənğindən böyükdür. Bir də yəqin bilirsiniz ki, yaralıdan 16 ədəd qırma çıxarılıb. Avtomat silah qırma atmır.
Bu oğraş gədəni tez güllələmək lazımdır. Yoxsa artıq bütün məktəblərdə bu hadisənin şahidi olacağıq.
Dəhşətdir sadəcə,
Şagirdin məktəbə girdiyi anın videosu paylaşılır. Ov tüfəngi məktəb çantasına sığa bilməyəcəyii üçün əlində başqa bir şey olmalı idi. O isə yoxdur. Demək ki, silah ov tüfəngi olmayıb.
əgər bugünkü hadisəni törədən bu yaramaz cəzasız qalacaqsa, deməli gələcəkdə daha şiddətli hadisələrin şahidi olacağıq! Heç bir variantda bu yaramaz 15 yaşlını cəzasız qalmasının tərəfdarı deyiləm
Ov tüfəngi yox, şagirdlərin bir çoxu müsahibə avtomat adı çəkir, hətta biri AKM adı çəkdi, iz itirmək lazım deyil
Ov tüfəngi nə qədər balacadır ki, onu cibdə gətirmək mümkün olub.