Psixiatra müraciət edənlərin çoxu vəzifəli şəxslərdir - 90 yaşlı professor
181
“Bakupost TV”-nin efirində yayımlanan “Həkim postu” verilişinin növbəti buraxılışında psixiatriya sahəsindən bəhs edilib.
Jurnalist Elçin Zahiroğlunun qonağı Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, respublikanın keçmiş baş psixiatrı, professor Nadir İsmayılov olub.
Jurnalistin ölkədəki psixi vəziyyət, müxtəlif xəstəliklərin yaranma səbəbləri, qorunma yolları, sağalma ehtimalları, ruhi-psixi problemlərin günü-gündən artması ilə bağlı suallarına 90 yaşlı professor fərqli və maraqlı cavablar verib.
Veriliş 4 mart tarixində saat 12:00-da Bakupost.TV yutub kanalında və bakupost.az xəbər portalında yayımlanacaq.