Ru
23:25 / 03 Mart 2026

Dardan İran açıqlaması: Ərəbləri vurur, bizə imkan vermir...

Dardan İran açıqlaması: Ərəbləri vurur, bizə imkan vermir...
Eye

İran suveren dövlətdir. O, bizim qardaşımız, dostumuzdur və bizim üçün çox əziz bir ölkədir. Lakin onlar bir qərar verdilər. Mən həmin vaxt – şənbə günü – Səudiyyə Ərəbistanında idim. Dərhal bəzi Körfəz ölkələrini hədəf aldılar və iddia etdilər ki, guya ABŞ bazalarına zərbə endirirlər. Ancaq indi təfərrüat məlum olub. Hava limanları da hədəf alınıb və infrastrukturumuza ziyan dəyib. Bir pakistanlı qardaşımız da şəhid olub.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar deyib.

“Düşünürəm ki, əgər həmin ölkələrə qarşı bu əks-hücum dərhal həyata keçirilməsəydi, biz onların (İranın - red.) yanında olardıq və İsrail ilə Amerikanın bu addımına qarşı ortaq, kollektiv mövqe ortaya qoyulardı. Biz mövqeyimizi açıq şəkildə bildirmişik”, - o bildirib.

Nazir vurğulayıb ki, Səudiyyə Ərəbistanı ilə Pakistanın strateji qarşılıqlı müdafiə sazişi var:

“Bütün dünya bundan xəbərdardır; bu, suveren bir razılaşmadır və biz ona sadiqik.

Bunu nəzərə alaraq, dərhal İran rəhbərliyindəki qardaşlarımızla əlaqə saxladım və xahiş etdim ki, bunu mütləq nəzərə alsınlar. Onlar müəyyən təminatlar istədilər, xüsusilə də ərazilərindən hər hansı hücum üçün istifadə olunmaması barədə məlumatın çatdırılmasını xahiş etdilər. Mən bu təminatları (Ərəbistandan - red.) aldım və onlara (İrana - red.) təqdim etdim.

Əlhəmdülillah, gördünüz ki, Səudiyyə Ərəbistanı və Omana qarşı reaksiyalar minimal oldu. Halbuki İordaniya, Küveyt, BƏƏ, Qətər və Bəhreynlə bağlı müəyyən aktivlik (İran bu ölkələrə zərbələr endirir - red.) müşahidə edilir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar