Ru
23:48 / 27 İyul 2026

Kamran Zeynalov Dünya Kubokunda qızıl qazandı

Kamran Zeynalov Dünya Kubokunda qızıl qazandı
Eye

Azərbaycanın paragüllə atıcılığı üzrə milli komandasının üzvü Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən "Bakupost"-a verilən məlumata görə, dünya və Avropa çempionu olan idmançı 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) yarışının finalında 222 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Turnirdə Azərbaycanı Kamran Zeynalovla yanaşı, Rafiq Əliyev və Aybəniz Babayeva da təmsil edirlər.

Qeyd edək ki, Dünya Kubokuna iyulun 29-da yekun vurulacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar