Ru
06:30 / 04 Mart 2026

Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - VİDEO

Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - VİDEO
Eye

Bəzi istiqamətlər üzrə aviabiletlər 20 faizə qədər bahalaşıb.

Bakupost.az xəbər verir ki, regionda baş verən hadisələr fonunda xüsusilə Asiya ölkələrinə uçuşlarda qiymət artımı müşahidə edilir.

Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirir ki, Doha və Dubaya birbaşa uçuşların dayanması sərnişinləri alternativ marşrutlara yönləndirib. Bu isə tələbatı artırdığı üçün qiymətlərə də təsir göstərir.

Onun sözlərinə görə, adi vaxtda 1000 manata Asiya ölkələrinə bilet almaq mümkün idisə, indi bu, 1200-1500 manat arasında dəyişir.

Ekspert onu da əlavə etdi ki, İranda baş verən hadisələr təkcə qiymətlərə deyil, ümumi turizm axınına da təsir göstərir. Bəzi turistlər səyahət planlarını təxirə salır və ya istiqaməti dəyişirlər.

Mütəxəssislər hesab edirlər ki, bölgədə sabitlik bərpa olunarsa, aviabiletlərin qiymətində də tədricən normallaşma müşahidə edilə bilər.

Ətraflı "Xəzər Xəbər"in mövzu ilə bağlı reportajında:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar