Ru
20:25 / 21 Yanvar 2026

Tramp Makronun eynəklərinə sataşdı: Çox xoşuma gəldi

Tramp Makronun eynəklərinə sataşdı: Çox xoşuma gəldi
Eye

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Davos Forumundakı çıxışı zamanı günəş eynəyi taxmasına kinayə ilə reaksiya verib.

Bakupost.az xəbər verir ki, bu barədə Tramp Makronun forumdakı görünüşünü şərh edərkən deyib.

“Dünən onun çıxışını izlədim, eynəyini taxmışdı, çox xoşuma gəldi. Ona nə olub?”, – deyə o söyləyib.

Qeyd edək ki, Trampın bu atmacası Makronun çıxışı zamanı ABŞ-nin iqtisadi rəqabətini Avropanı “zəiflətmək və özünə tabe etmək” cəhdi kimi tənqid etməsindən sonraya təsadüf edib.

Xatırladaq ki, Emmanuel Makron Davosdakı çıxışına aviator tipli günəş eynəyi ilə çıxaraq hər kəsi təəccübləndirmişdi. Fransa lideri bu addımını gözündə yaranan və tamamilə zərərsiz olduğunu bildirdiyi kiçik bir sağlamlıq problemi ilə izah edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar