Ru
09:46 / 12 Mart 2026

Dubayda yaşayış binasına PUA çırpıldı - VİDEO

Dubayda yaşayış binasına PUA çırpıldı - VİDEO
Eye

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şəhər mərkəzinə yaxın bir yaşayış massivində pilotsuz uçuş aparatı (PUA) binaya çırpılıb.

Bakupsot.az xəbər verir ki, hadisə “Dubai Creek Harbour” ərazisindəki göydələndə qeydə alınıb.

Binada olanların təhlükəsizliyini təmin etmək üçün təxliyə əməliyyatları həyata keçirilib.

Məlumata görə, mülki müdafiə qrupları kiçik yanğını nəzarət altına alıb və hadisə nəticəsində heç kimin xəsarət almadığı vurğulanıb.

Qeyd edək ki, bura şəhərin ən yeni sahil layihələrindən biridir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar