Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı paylaşım edib.
Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, mərhumla fotosunu paylaşan Röyal bunları yazıb:
“Artıq elə bir yerə gəlib çatmışam ki, heç nə kömək etmir - nə bir paylaşım, nə bir yazı, nə də qəlbində olanları yazılara boşaltmaq. Orqanların öz fəaliyyətlərini dayandırması kimi, heç nə kömək etmir.
Həyatıma Tünüş gəldi, həyatım rəngləndi, yaşama səbəblərimi anladım, həyatda olan mövqeyimi anladım, sevməyi öyrəndim. Sonra getdi, hər şeyi özü ilə apardı! Amma mənə söz verdi: o dünyada məni özünə yenə də həyat yoldaşı qəbul edəcək.
O zaman özü ilə apardığı hər şeyi geri alacağam. Tünzalə və Röyal qaldığı yerdən davam edəcək, inşallah”.