Ru
10:13 / 12 Mart 2026

Biz qalib gəldik - Tramp qazandıqlarını bəyan etdi

Biz qalib gəldik - Tramp qazandıqlarını bəyan etdi
Eye

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İran üzərində qələbə qazandığını bəyan edib.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, ölkə başçısı bu barədə Kentukki ştatının Hebron şəhərində seçkiqabağı mitinqdə çıxış edərkən deyib.

"İcazə verin deyim ki, biz qalib gəldik. Heç vaxt qələbə barədə çox tez danışmaq istəmirsən. Biz qalib gəldik. Elə ilk saatda hər şey bitdi", - deyə ABŞ lideri bildirib.

Bununla belə, Tramp qeyd edib ki, ABŞ İrana qarşı hərbi əməliyyatları davam etdirəcək:

"Başladığımız işi başa çatdırmalıyıq ki, hər iki ildən bir geri qayıtmayaq".

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar