"Atəşgah" Sığorta Şirkətinin İdarə Heyəti sədrinin müşaviri Azər Məcid oğlu Cəfərov vəfat edib.
"Bakupost" xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Bildirilib ki, Azər Cəfərov uzun illər Azərbaycan sığorta nəzarəti sahəsində rəhbər vəzifələrdə çalışıb. O, ölkənin sığorta sisteminin inkişafına və sektorun formalaşmasına əhəmiyyətli töhfələr verib.
Şirkət mərhumun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verib.
Yasəmən, BakuPost