Biləcəri qəsəbəsini metronun “Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir.
"Bakupost" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki,noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.
Avtobuslar 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Marşrutda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 0,60 AZN müəyyən edilib.
203 nömrəli marşrutun yaxın məsafəsi həmin qiymətə, yolu ekoloji avtobusa uyğun görünmür. Marşrutu 7ci mkrn-dan, DOST mərkəzindən keçməklə Nərimanov mərkəzinə, Heydər Əliyev prospektnə qədər uzatmaq da yüz minlərlə sərnişin üçün, daha az istifadə olunan küçələrdən keçməsi yüksək faydalı xidmət göstərə bilər?!