Ru
12:38 / 05 Noyabr 2026

Azərbaycanda bu şəxslərə mənzil veriləcək - RƏSMİ

Eye

Növbəti il ərzində imtiyazlı şəxslərə mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin verilməsi proqramları davam etdiriləcək.

"Bakupost" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

"Belə ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2027-ci il ərzində 600 mənzilin alınması üçün 40 milyon manat, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, habelə əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün isə 30 milyon manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur" - deyə nazir qeyd edib.

Şərhlər
  • Şahverenli Sevda

    Qızım Aygün 1ci qrup gözden elildir.Ona da verilecek?Her bir senedin vermişdim ,özlerinin bir sehvliyine göre ala bilmedim.Dediler növbeti defe verilende vereceyik.

  • Əliyev Habil Yunis oğlu Laçın rayon Malbəy kənd sakini

    2 ci qrup qaziyəm .Xahiş edirəm mənidə evlə təmin edəsiniz.

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar