Ru
12:02 / 05 Noyabr 2026

“ƏDV geri al” bütün konsertlərdə keçərli olacaq

“ƏDV geri al” bütün konsertlərdə keçərli olacaq
Eye

“ƏDV geri al” mexanizmi bütün konsert növlərini əhatə edəcək.


"Bakupost" xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “ƏDV geri al” mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur.

Qeyd edilib ki, “ƏDV geri al” mexanizminin tətbiqinin yalnız simfonik orkestr konsertləri ilə məhdudlaşdırılması digər musiqi və konsert növlərinə təşviqi azaldır və sənət sektorunda bərabərsizlik yaradır. Mexanizmin bütün konsert növlərinə şamil olunması sənət və mədəniyyət tədbirlərinin inkişafını stimullaşdıracaq, geniş auditoriyanın mədəniyyətə çıxış imkanlarını artıracaq və vergi güzəştlərinin ədalətli və vahid şəkildə tətbiqini təmin edəcək.

Bu yanaşma həm mədəniyyət sahəsində təşviqi gücləndirəcək, həm şəffaflığı təmin edəcək.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar