Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın gələcəkdə Bakıya səfər etməyə ümid etdiyini açıqlayıb.
"Bakupost" xəbər verir ki, nazir bu barədə noyabrın 5-də jurnalistlərə açıqlamasında danışıb.
Mirzoyan bildirib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin qarşılıqlı səfərləri ilə bağlı hələlik konkret razılaşma yoxdur.
Onun sözlərinə görə, normallaşma prosesi dərinləşdikcə hər iki ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələrinin, o cümlədən rəhbərlərinin qarşılıqlı səfərləri və müxtəlif tədbirlərdə iştirakı üçün şərait yaranacaq.
Yasəmən, BakuPost