Ru
14:44 / 05 Noyabr 2026

"SpaceX"dən 40 milyard dollarlıq rekord saziş

"SpaceX"dən 40 milyard dollarlıq rekord saziş
Eye

“Goldman Sachs” və “Apollo Global Management” şirkətləri “SpaceX” üçün nəzərdə tutulan təxminən 40 milyard dollarlıq çip maliyyələşdirmə sazişinin bir hissəsini investorlara satmaq üçün danışıqlar aparır.

“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, şirkətlər çoxmərhələli maliyyələşdirmə paketinin alıcıları ilə əlaqə saxlayıblar. Saziş çərçivəsində banklar vasitəsilə 8,3 milyard dollarlıq təminatlı kredit, eləcə də investorlara satılacaq istiqrazlar nəzərdə tutulur.

Maliyyələşdirmə “SpaceX”in təxminən 47,3 milyard dollar dəyərində qrafik prosessorlar, o cümlədən “Nvidia”nın yeni “Rubin” çiplərini almasına yönəldiləcək. Çiplərin 2027-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar