Ru
13:50 / 05 Noyabr 2026

“ChatGPT” “Google”ın axtarış üstünlüyünü sarsıdır

“ChatGPT” “Google”ın axtarış üstünlüyünü sarsıdır
Eye

Süni intellekt əsaslı axtarış xidmətləri ənənəvi axtarış sistemləri ilə rəqabəti gücləndirir. “ChatGPT” üzərindən aparılan veb axtarışların həcmi “Google”ın ümumi axtarışlarının təxminən 20 faizinə çatıb.

“Bakupost” xəbər verir ki, bu barədə “OpenAI”nin “ChatGPT” istehlakçı məhsulları üzrə rəhbəri Adam Fry məlumat verib.

Onun sözlərinə görə, yalnız internetdə axtarışla nəticələnən sorğular hesablamaya daxil edilib. Sadə məlumat və izah sorğuları isə nəzərə alınmayıb.

Şirkət “ChatGPT”də axtarış təcrübəsini qrafiklər, vizual materiallar və interaktiv alətlərlə genişləndirməyi planlaşdırır.

Bununla belə, “OpenAI” “Google”ın axtarış həcmi ilə bağlı müqayisədə istifadə etdiyi məlumatların mənbəyini açıqlamayıb. Buna görə də 20 faizlik göstəricinin hesablanma metoduna dair qeyri-müəyyənlik qalır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar