Ru
10:22 / 12 Mart 2026

Qadınlar ilin avtomobilini seçdi

Qadınlar ilin avtomobilini seçdi
Eye

“Nissan Leaf” qadın avtomobil jurnalistlərinin beynəlxalq mükafatı olan “Women’s Worldwide Car of the Year” (WWCOTY) tərəfindən 2026 cı ilin ən yaxşı avtomobili seçilib. Qalib elan olunmazdan əvvəl 55 ölkədən olan 86 qadın jurnalist müxtəlif avtomobilləri test etdikdən sonra nəticələri təhlil edib və müzakirələr aparıb.

Bakupost.az “Autoblog”a istinadən xəbər verir ki, münsiflər heyəti “Nissan Leaf” avtomobilini praktikliyi, sakit və rahat hərəkəti, yüksək enerji səmərəliliyi və münasib qiyməti ilə fərqləndiyi üçün qalib seçib. “WWCOTY” mükafatı avtomobilləri təhlükəsizlik, rahatlıq, texnologiya, ekoloji təsir və qiymət meyarları üzrə qiymətləndirir və qadın jurnalistlərin baxış bucağını sənayedə ön plana çıxarmağı məqsəd qoyur.

Müsabiqədə digər kateqoriyalarda da qaliblər müəyyənləşdirilib: kompakt avtomobil kateqoriyasında “Nissan Leaf”, kompakt krossoverdə “Škoda Elroq”, böyük avtomobil kateqoriyasında “Mercedes Benz CLA”, böyük krossoverdə “Hyundai Ioniq 9”, 4×4 cip avtomobilində “Toyota 4Runner” və idman avtomobilində “Lamborghini Temerario” qalib olub.

“WWCOTY” mükafatı avtomobil sənayesində qadın perspektivini önə çıxarmaqla yanaşı, istehlakçılar üçün müxtəlif kateqoriyalarda etibarlı seçim göstəricisi kimi də qiymətləndirilir.

Mehin, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar