Ru
18:17 / 21 Yanvar 2026

Bakıda yanğın baş verən ərazidəki obyektlərin yaxın vaxtlarda köçürülməsi planlaşdırılırmış - VİDEO

Bakıda yanğın baş verən ərazidəki obyektlərin yaxın vaxtlarda köçürülməsi planlaşdırılırmış - VİDEO
Eye

Bakının Ziya Bünyadov prospektində yanğın baş verən ərazidəki obyektlərin yaxın vaxtlarda köçürülməsi planlaşdırılırmış.

Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a ərazidə olan mağaza sahibləri bildiriblər.

Sahibkarların sözlərinə görə, bir neçə ay əvvəl mağaza sahibləri ilə bu barədə danışıqlar aparılıb, ərazidəki obyektlərin qiymətləndirilməsi ilə bağlı işlər başlanılıb.

Lakin müəyyən səbəblərə görə köçürülmə prosesi gecikib: "Gəlib danışılmışdı, mağazaların qarşısına köçürülmə ilə bağlı işarələr vurulmuşdu. Amma sonradan söhbət uzandı".

Sahibkarlar bildirirlər ki, yanğın nəticəsində mağazalar və anbarda olan materiallar yanıb, sahibkarlara 1 milyon manata yaxın ziyan dəyib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar