Böyük güclər, İran və gizli məqsədlər – Sabir Rüstəmxanlı söhbətləri
275
Bakupost TV-də Xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı yayımlanıb.
Sabir Rüstəmxanlı veriliş əsnasında İran ətrafında baş verən siyasi prosesləri, bölgədə artan gərginliyi və bunun İran xalqlarına təsirini geniş şəkildə şərh edib.
O, çıxışında İran İslam Respublikasının uzun illərdir apardığı farslaşdırma siyasətindən, etnik kimliklərin sıxışdırılmasından və insan haqlarının pozulmasından danışaraq, bu vəziyyətin cəmiyyətdə ciddi narazılıq yaratdığını vurğulayıb.
Bununla yanaşı, xarici müdaxilələrin – xüsusilə ABŞ və İsrail faktorunun – gözlənilən nəticəni vermədiyini, əksinə, İran cəmiyyətində hakimiyyət ətrafında müəyyən birləşmə yaratdığını qeyd edib.
Rüstəmxanlı həmçinin böyük güclərin bölgədəki maraqlarına toxunaraq, onların əsas məqsədinin demokratiya deyil, geosiyasi və iqtisadi üstünlük əldə etmək olduğunu bildirib. O, İranın gələcəyi ilə bağlı mümkün ssenariləri də dəyərləndirib və xüsusilə İran türklərinin milli hüquqlarının qorunmasının vacibliyini önə çəkib.
Çıxışın sonunda Sabir Rüstəmxanlı bölgədə sabitliyin təmin olunmasının, xalqların hüquqlarının tanınmasının və milli maraqların qorunmasının əsas prioritet olduğunu vurğulayıb.