Ru
11:57 / 04 İyun 2025

"Tam məhv olanadək davam edəcək" - Putinin Ukrayna PLANI

"Tam məhv olanadək davam edəcək" - Putinin Ukrayna PLANI
Eye

Rusiya Ukraynanın tamamilə məhv edilməsini istəyir, buna görə də normal sülh danışıqları və müharibənin dayandırılmasında maraqlı deyil.

Bakupost.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatını təhlil edən ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) belə qənaətə gəlib.

Medvedev dünən İstanbulda danışıqların Rusiyaya “mümkün qədər tez qələbə və Ukrayna hökumətinin tam məhvi üçün” lazım olduğunu bəyan edib.

ISW analitikləri Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına da diqqət çəkib. Dünən o, Rusiyanın İstanbuldakı son danışıqlarda təqdim etdiyi memorandumun “münaqişənin əsas səbəbləri”ni aradan qaldırmağa yönəldiyini bildirib və danışıqların növbəti raundundan dərhal həll gözləməməyə çağırıb. Peskov eyham vurub ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ və Ukraynadan olan həmkarları Donald Tramp və Volodimir Zelenski ilə görüşünü də gözləməyə dəyməz. Kremlin sözçüsü belə bir görüşün baş tutması üçün bir sıra şərtlərin yerinə yetirilməli olduğunu söyləyib.

ABŞ institutu qeyd edib ki, danışıqlarda Rusiya nümayəndə heyətinin iştirakına baxmayaraq, Moskva müharibənin dayandırılması ilə bağlı heç bir güzəştə getmək niyyətində deyil.

“Rusiya Ukraynanın tam təslim olmasına səy göstərməkdə davam edir və bu, Putin hərbi yolla qələbəyə inandıqca davam edəcək”, - ISW əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar