Ru
12:37 / 04 İyun 2025

Sabahın havası - Çox isti olacaq

Sabahın havası - Çox isti olacaq
Eye

Milli Hidrometeorologiya Xidməti iyunun 5-də gözlənilən hava şəraitinin proqnozunu açıqlayıb.

Qurumdan Bakupost.az -a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar