Ru
13:33 / 04 İyun 2025

Bakıda balıqlar kütləvi çəkildə məhv olub - VİDEO

Bakıda balıqlar kütləvi çəkildə məhv olub - VİDEO
Eye

Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi (AXA), Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.

Bu barədə Bakupost.az -a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hər üç dövlət qurumunun mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Aparılacaq analizlərin nəticəsi əldə edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Oxu.Az-a bildirilib ki, məsələnin onlara aidiyyəti yoxdur, hadisə şəxsi təsərrüfatda baş verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar