Ru
23:48 / 20 Noyabr 2026

Niyə yerimizdə sayırıq? - Psixoloq əsas səbəbi göstərdi

Niyə yerimizdə sayırıq? - Psixoloq əsas səbəbi göstərdi
Eye

"İnsanların həyatında irəliləməsinə mane olan əsas səbəblərdən biri komfort zonasından çıxmaq istəməməsidir".

"Bakupost" Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə psixoloq Antonio de Dias "El Economista" nəşrinə danışıb.

Psixoloqun sözlərinə görə, bir çox insan həyatda uğur qazana bilməməsini istedad və ya intellekt çatışmazlığı ilə əlaqələndirsə də, əsl səbəb daha sadədir. Belə insanlar yeniliklərə cəhd etmək və riskə getmək əvəzinə, alışdıqları rahatlığa üstünlük verirlər.

Antonio de Dias qeyd edib ki, komfort zonası insanda yanlış təhlükəsizlik hissi yaradır və bu vəziyyətdə qalmaq peşəkar, intellektual və emosional inkişafa mane olur.

Onun fikrincə, dəyişikliklər insanlarda qorxu yaradır. Çox az insan qorxuları ilə üzləşməyə, köhnə vərdişlərindən, həyatına fayda verməyən insanlardan və inkişafına mane olan rahatlıqdan uzaqlaşmağa cəsarət edir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar