Ru
22:59 / 20 Noyabr 2026

AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir

AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir
Eye

Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirlidən narazılığını bildirib.


"Bakupost" xəbər verir ki, deputat "TNS" tv-yə müsahibəsində Vüsal Nəsirliyə dəfələrlə zəng etsə də, onun zənglərinə cavab vermədiyini bildirib:

"İki aydan çoxdur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirliyə zəng edirəm. Çoxsaylı insanlardan ona mesaj da göndərdim ki, zənglərimə cavab versin. Ancaq 2 ay ərzində 12-15 dəfə zəng etmişəm. Mən zəng edib, ondan özümə yol çəkdirməyi istəmirəm ki, mənə cavab verməsin. Çoxsayı vətəndaş müraciətindən sonra onunla danışmaq istəmişdim. Ancaq təəssüf ki, heç bir telefon zənginə cavab vermədi".

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar