Ru
23:08 / 20 Noyabr 2026

Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur

Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Eye

Türkiyənin Ərzincan vilayətindən seçilmiş deputat Mustafa Sarıgülün toxunulmazlığının ləğv edilməsi tələbi ilə bağlı təqdimat hazırlanıb.

"Bakupost" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Ankara Respublika Baş Prokurorluğu tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə göndərilən təqdimatda Mustafa Sarıgül bir sıra ağır cinayətlərdə ittiham olunur.

Belə ki, deputata cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayət törətmək məqsədilə təşkilat yaratma, uşağın təkrarən cinsi istismarı, ağırlaşdırıcı hallarda təkrarən cinsi zorakılıq törətmə, habelə qanunsuz yolla əmlak əldə etmə, əmlakı gizlətmə və ya başqasının adına keçirmə ilə bağlı ittihamlar irəli sürülür.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar