Ru
23:58 / 20 Noyabr 2026

İlin sözü açıqlandı

İlin sözü açıqlandı
Eye

Məşhur Britaniya lüğəti "Cambridge Dictionary" 2026-cı ilin sözü kimi "human" ("insan") sözünü seçib.


"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, bu seçim süni intellektin sürətli inkişafı və onun insan həyatına təsiri ilə bağlı dünyada artan narahatlıqlarla əlaqələndirilir.

Lüğətin tərtibçilərinin fikrincə, bu gün adi görünən "insan" sözü insanların öz şəxsiyyətini, yaradıcılıq qabiliyyətini və fərdiliyini qoruyub saxlamaqla bağlı narahatlıqlarını əks etdirir.

Alqoritmlərin getdikcə daha çox prosesi idarə etdiyi dünyada insanla maşın arasındakı sərhədlər də müzakirə mövzusuna çevrilib.

Lüğətin leksikoqrafı Kolin Makintoş bildirib ki, neyron şəbəkələrin inkişafı insanlıq anlayışına münasibəti dəyişib. Zehni tapşırıqların maşınlara həvalə edilməsi nəticəsində mühüm bacarıqların itirilməsi qorxusu müxtəlif sahələrin nümayəndələrini süni intellektdən asılılıq səviyyələrini yenidən nəzərdən keçirməyə vadar edib.

"Cambridge Dictionary" lüğətində "human" sözü insanlara xas olan keyfiyyətlərə, çatışmazlıqlara və hisslərə malik olmaq kimi izah edilir. Bu anlayış insanı tanrılardan, heyvanlardan və maşınlardan fərqləndirən xüsusiyyətləri ifadə edir.

İlin sözünün seçilməsində süni intellekt sahəsində tanınmış alimlərin fikirləri də nəzərə alınıb. Onların arasında Nobel mükafatı laureatı, süni intellekt sahəsinin qabaqcıllarından biri Cefri Hinton da var. O, daha əvvəl insanların yadplanetli varlıqlara bənzər sistemlər yaratdığını bildirib və bu qarşıdurmada bəşəriyyətin tərəfində olduğunu vurğulayıb.

Qeyd edək ki, süni intellekt mövzusu son illərdə dünyanın aparıcı lüğətlərinin ilin sözlərinin seçimində əsas yer tutur.

2023-cü ildə "Collins" "AI" (süni intellekt), "Merriam-Webster" "authentic" (həqiqi), "Cambridge Dictionary" isə "hallucinate" (hallüsinasiya yaratmaq) sözünü seçib.

Digər böyük lüğətlər isə 2026-cı ilin noyabrında Z nəslinin gənclər arasında populyar olan jarqonlarına üstünlük veriblər. "Collins" "mogging", "Dictionary.com" isə "maxxing" sözünü ilin sözü seçib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar