Ru
07:08 / 21 Noyabr 2026

Özünə hovuz qazdıran kişi xəzinə tapdı

Özünə hovuz qazdıran kişi xəzinə tapdı
Eye

Fransada bir kişi bağçasında hovuz qazarkən səliqəli şəkildə plastik torbalara bükülmüş beş qızıl külçə və sikkələr tapıb.
"Bakupost" xəbər verir ki, Lion yaxınlığındakı Neville-sur-Saon şəhərində mülk əldə edən kişi, həyətində qazma apararaq, hovuz quraşdırmağa başlayıb. Daha sonra o, birdən çox plastik torbaya bükülmüş beş qızıl külçə və çoxlu qızıl sikkə aşkar edib. Xəzinənin ümumi dəyəri təxminən 700.000 avrodur.

Sensasiyalı tapıntıdan sonra kişi şəhər şurasına müraciət etdi və şəhər şurası jandarmeriya və Regional Mədəniyyət İşləri Departamentinin iştirakı ilə xüsusi yoxlama və araşdırma təşkil etdi. Bu yoxlamalar tarixi və ya arxeoloji dəyəri müəyyən etmək üçün tətbiq edilməli idi.

Yoxlama zamanı qızıl külçələrin təxminən 15-20 il əvvəl Lion bölgəsindəki müəssisələrdən birində hazırlandığı məlum oldu. Seriya nömrələrinə görə metalın mənşəyini müəyyən etmək mümkün oldu. Həmçinin bildirilir ki, qızıl qanuni yolla əldə edilib və heç bir cinayətlə əlaqəli deyil.

Bundan əlavə, mütəxəssislər qızıl tapıntının heç bir arxeoloji və ya mədəni dəyər daşımadığını müəyyən etdilər. Beləliklə, hakimiyyət orqanları xəzinəni tələb etməyiblər.

Buna görə də, xəzinənin ev sahibinə çatması ehtimalı yüksəkdir, çünki Fransa qanunvericiliyinə görə, əgər bir şəxs təsadüfən onun ərazisində gizli xəzinə taparsa və digər şəxslər bunu sübut edə bilməsə, bu xəzinəni tapan şəxsə mülkiyyət hüququ verilir.


Aygün Musayeva

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar