Ru
01:23 / 21 Noyabr 2026

Qoca kişinin boğazından açar çıxarıldı - FOTO

Qoca kişinin boğazından açar çıxarıldı - FOTO
Eye

Yaşlı kişinin boğazından 12 santimetrlik açar çıxarıldı.


"Bakupost" xəbər verir ki, Yaponiyada baş verən qeyri-adi hadisə diqqət çəkib.

82 yaşlı kişinin boğazında uzunluğu 12 santimetr olan metal açar aşkarlanıb. Məlumata görə, yaşlı kişi xəstəxanada müalicə aldığı zaman açar onun boğazında qalıb.

Hadisə ilə bağlı aparılan araşdırmadan sonra xəstəxananın təhlükəsizlik və nəzarət öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi müəyyən edilib. Məhkəmə xəstəxananı hadisəyə görə kompensasiya ödəməyə məhkum edib. Hadisə Yaponiyada müzakirələrə səbəb olub. Xüsusilə də 12 santimetrlik metal əşyanın xəstəxana şəraitində xəstənin boğazına necə düşməsi diqqət çəkib.

Aygün Musayeva

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar