Ru
06:05 / 21 Noyabr 2026

Eyni restoranda iki sevgilisinə məclis təşkil edən kişi – Gündəm oldu

Eyni restoranda iki sevgilisinə məclis təşkil edən kişi – Gündəm oldu
Eye

Bir gündə eyni məkanda 2 fərqli qadınla bağlı məclis təşkil edən kişinin hərəkəti geniş müzakirə olunub.

"Bakupost" xəbər verir ki, hadisə Çinin Quizhou əyalətinin Liupanshui şəhərində baş verib.

Wu Linfeng adlı kişi restoranın birinci mərtəbəsində Kong Sihan adlı yeni sevgilisi ilə toy mərasimi keçirib. Eyni vaxtda ikinci mərtəbədə isə keçmiş sevgilisi Lin Si ilə dünyaya gələn oğlunun 100 günlük məclisi təşkil olunub. İki məclisin iştirakçıları qarşılaşdıqdan sonra aralarında mübahisə yaranıb. Restoran əməkdaşları polisə müraciət ediblər. Hadisə sosial şəbəkələrdə yayıldıqdan sonra kişi ikiarvadlılıqda ittiham edilib. Lakin yerli qurumların araşdırması zamanı məlum olub ki, o, rəsmi nikahı yalnız indiki həyat yoldaşı ilə bağlayıb. Keçmiş sevgilisi ilə nikahı olmayıb, onların birgə uşaqları var. Sadəcə işini asanlaşdırmaq üçün hər iki məclisi eyni günə salıb və qadınlardan birinin bundan xəbəri olsa da etiraz etməyib.

Aygün Musayeva


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar