Ru
21:56 / 02 İyun 2025

Neftin qiyməti bahalaşdı

Neftin qiyməti bahalaşdı
Eye

Neft qiymətləri iyunun 2-si axşam saatlarında "OPEC plus"ın hasilatın əvvəlki artım tempini saxlamaq qərarından sonra aktiv şəkildə yüksəlir.

Bakupost.az xəbər verir ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyul fyuçersləri 1,77 dollar (2,82 faiz) artaraq 64,55 dollar/barelə bərabər olub.

Nyu-York əmtəə birjasında (NYMEX) iyul ayı üçün "WTI" markalı neftin fyuçersləri 1,73 dollar (2,85 faiz) artaraq 62,52 dollar/barelə çatıb.

Qeyd edək ki, bundan əvvəl neft hasilatını sutkada 2,2 milyon barellə məhdudlaşdıran səkkiz "OPEC plus" ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) həftə sonu əvvəlki iki ayda olduğu kimi, iyul ayında neft hasilatını gündəlik 411 min barel artırmaq qərarına gəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar