Ru
11:36 / 13 Mart 2026

Bəzi “ağıllı” kəslərin diqqətinə çatdırıram - Zaur Kamalın oğlundan sərt sözlər

Bəzi “ağıllı” kəslərin diqqətinə çatdırıram - Zaur Kamalın oğlundan sərt sözlər
Eye

Aparıcı Zaur Kamalın oğlu Bartu Kamal ünvanına səsləndirilən tənqidi fikirlərə münasibət bildirib.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, o, hərbi xidmətə getməməsinin səbəbini açıqlayıb:

“Bəzi “ağıllı” kəslərin diqqətinə çatdırıram ki, 18-19 yaşın tamam olması mütləq həmin an hərbi xidmətə yollanmaq demək deyil. Mən ali təhsil almaq hüququmdan istifadə edərək universitetə qəbul olmuşam. Təhsilimi uğurla başa vurduqdan sonra vətən qarşısındakı borcumu da yerinə yetirəcəyəm. Bir az geniş düşünməyi öyrənin; ali savad hər bir gənc üçün vacibdir. Narahat olmayın, hər şeyin öz vaxtı var”.

Bartu insanların başqalarını öz düşüncə tərzlərinə görə mühakimə etməsinə sərt reaksiya verib:

“Boşuna deməyiblər ki, oğru elə bilir hamı oğrudur, savadsız da elə bilir hamı savadsızdır. İnsan özündə nə çatışmırsa, başqasını da o tərəzidə çəkir. Mənim hədəflərim və təhsilim sizin dar düşüncənizə sığmırsa, bu artıq sizin probleminizdir!”

Qeyd edək ki, Bartu Kamal 2024-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub. O, hazırda atası Zaur Kamalla birlikdə "Həmin Zaur" verilişində aparıcılıq edir və gələcəkdə televiziya aparıcısı olmağı planlaşdırır.

Şərhlər
  • Xuraman Hacıəhmədzadə.

    Atanında verlişi bağlansa əla olar. Sən Atana oxşama sən Aparıcı jurnalist kimi intellektual səviyyəli verliş apar. 21 əsri Çal çağır əsri kimi tanıtmaq lazım deyil. Gəng Alimlərimizi dəvət et, gələcək nəsl nəsə bu verlişdən götürsün .

  • Elnur Z.

    Atası gözəl və hamı tərəfindən sevilən aparıcıdır, oğlu da deyəsən, onun getdikləri yolu qarış-qarış davam etdirəcək, atasına layiqli davamçı olacaq

  • Anar

    Allah sənin kimilərin şərindən balalarımı qorusun

  • Əhməd

    Sən kimsən ki, ay çaqqal, kiməsə ağıl verirsən? Dədənin hesabına gün görürsən, yoxsa adın heç it dəftərində də olmazdı.

  • İslam

    Başından çox böyük danışır

  • AQIL

    BIZƏ BU DA AZDİ....

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar