Ru
12:30 / 13 Mart 2026

Akopyan keçmiş ərinin təbliğatına başladı

Akopyan keçmiş ərinin təbliğatına başladı
Eye

Bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyandan ayrılan Anna Akopyan keçmiş həyat yoldaşının təbliğatını aparmağa başlayıb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.

Nəşr yazıb ki, baş nazirin keçmiş xanımı Armavirdə keçirilən bir ziyafətdə hamının təəccübünə səbəb olub:

“Anna Akopyan masa arxasında yenidən Nikol Paşinyanın lehinə lobbiçilik edib. O deyib ki, nə olur-olsun, ölkəni xilas edə biləcək yeganə insan Paşinyandır.

Mənbələrin məlumatına görə, o elə bir mövqe tutub ki, guya onun Paşinyandan ayrılmasının heç bir əhəmiyyəti yoxdur və uyğun fürsət yaranarsa, yenə də onu dəstəkləməyə hazırdır”.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar